Ərdoğan mərakeşli gözələ hədiyyə göndərdi – FOTOLAR

  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aktyor Murat Yıldırımın nişanlısı İmana El Baniyə “Quran-i Kərim” hədiyyə edib.

    Bu barədə M.Yıldırımın özü sosial şəbəkədə məlumat verib.

    Aktyor hədiyyənin fotosunu İnstaqram-da paylaşaraq prezidentə təşəkkürünü bildirib:

    “Prezident, siz mənə mənəvi atalıq etdiniz, sonra da ən gözəl hədiyyə olan “Quran”ı nişanlım üçün göndərdiniz. Sizə minnətdaram”.

    Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan “Facetime” ilə El Baninin ailəsiylə görüntülü şəkildə danışıb.

    Prezident mərakeşli gözəli Murat üçün ailəsindən istəyib.

19.11.2016 11:18

Xəbər 873 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar