Fəaliyyətsiz qalan müəssisə yenidən işə başlayır

Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun vəsaiti hesabına iyirimi ildən çoxdur ki, fəaliyyətsiz qalan  toxuculuq fabriki  yenidən  fəaliyyət  göstərməsi  üçün  hazırda “Göyçay-Toxucu” ASC-nin binasında əsaslı yenidənqurma və təmir-bərpa işləri görülür.

İnşaat işlərinə 70-ə yaxın işçi cəlb olunub. Keçmiş toxuculuq kombinatının bazasında yaradılacaq yeni fabrikdə mahlıcdan sapların əyrilməsi, parça toxunması və paltar tikilməsi üçün yeni istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə xarici ölkələrdən yeni avadanlıqlar alınaraq  Göyçaya gətiriləcək.İstifadəyə  veriləcək  müəssədə  650-yə yaxın rayon sakinin işlə təmin olunmasına  şərait   yaranacaq.

Səbuhi  Eltonlu.

26.04.2016 21:15

Xəbər 483 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar