Gülnarə Xəlilovanın yeni kataloqunun təqdimatı – FOTOLAR

Modelyer Gülnarə Xəlilovanın Milli Geyimlər kataloqunun təqdimatı baş tutub.

Şəhər restoranlarından birində keçirilən mərasimə tanınmış simalar da qatılıb.

G.Xəlilova bildirib ki, kataloq iki dildə nəşr edilib:

“Hər zaman milli geyimlərimizi təbliğ etməyə çalışıram.  2006-ci ildən bir çox lazımi orqanlara müraciət etdim ki, Azərbaycanda milli geyim günləri keçirilsin. Şüarım nəticəsində tərəfdaşlarım çoxaldı. Bir çox insanlar şəhərdə milli geyimlər geyinirlər. Kataloqda orta əsrdən başlayaraq 18-ci əsr və müasir geyimlər təşkil edilir. Bu işin davamı olacaq.  Kataloqun birinci hissəsində mərhum Anar Məmmədxanovun qızı Məryəm, ikinci hissədə isə Tünzalə Ağayeva çəkilib. Çəkilişlərimiz İçəri Şəhərdə norveçli fotoqraf tərəfindən aparılıb”.

Millət vəkili Qənirə Paşayeva da modelyerə uğurlar arzu edib:

“Gülnarə Xəlilova xarici ölkələrdə bu işi uğurla həyata keçirir. Bu işlərinə görə onu təbrik edirəm”.

Məryəm Məmmədxanlı isə milli geyimlərə böyük marağı olduğunu dilə gətirib.

Qeyd edək ki, təqdimatda İordaniyanın ölkəmizdəki səfiri, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Ağaoğlu, xalq artisti  Səkinə İsmayılova, müğənnilər Samirə Allahverdiyeva, Tünzalə Ağayeva,  Aşıq Samirə və başqaları iştirak ediblər.
























17.06.2016 12:44

Xəbər 1120 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar