Göyçayda bədbəxt hadisə

Göyçayın Bəydövül kəndində ölüm hadisəsi qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilmiş qovaq ağacının altında qalaraq ölüb.

Kənd  sakinlərinin  bildirdiyinə  görə  69 yaşlı  kişinin  bağda  gəzişərək  kəsilən  ağaca  yaxınlaşmasından  xəbərsiz  olublar  və  qəflətən  yıxılan  ağac  bədbəxt  hadisəyə  səbəb  olub.Qeyd  edək  ki, iri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Mərhumun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Səbuhi  Eltonlu.

15.02.2016 22:27

Xəbər 612 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar