ADU Futzal çempionatının qalibi olub

Azərbaycan Dillər Universitetinin (ADU) futzal komandası universitetlərarası Futzal çempionatının qalibi olub. Komanda Bakı Dövlət Universitetinin (BDU) futzal komandasını 5-1 hesabı ilə  məğlub edib.

Azərbaycan Dillər Universitetinin  ilk matçını qrup mərhələsi çərçivəsində Azərbaycan Texniki Universitetinin komandası ilə keçirib və oyundan 3-3 bərabərliklə ayrılıb. Komanda 2-ci matçında Azərbaycan Pedaqoji Universitetinin komandasını 4-3 hesabı ilə məğlub etdikdən sonra qrupda son matçını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının meydana çıxmamasından sonra 3-0 hesablı texniki qələbə ilə başa vurub və 7 xalla qrup lideri olaraq növbəti mərhələyə keçib. Komandanın yarımfinal mərhələsindəki rəqibi isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası olub və ADU idmançıları 4-2 hesabı ilə qalib olub.

Qeyd edək ki, bu il təşkil olunan turnirə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ev sahibliyi edib.

07.12.2016 17:50

Xəbər 194 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar