Ariz Tarıverdiyev

Bir gedişin əlamətləri

Bu evdə hər bir əlamət gedişini xatırladır:
Paltar dolabının mütləq boşluğu,
üzüqoylu şəklimizin dar çərçivəsi
fincan üzərindəki dodaq boyası
və getdiyin vaxtı hər gün yada
salan Mayak saatının əcaib səsi.
Hə, bir də masa üzərindəki sənə aldığım bir cüt
ayaqqabının çek nümunəsi
Sən həmin ayaqqabılarla məni tərk eləmişdin!

20.09.2016 13:08

Xəbər 444 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar