Avrasiya Əməkdaşlıq Fondunun təşəbbüsü ilə yeni layihə

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) təşəbbüsü ilə “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Şirvan, Mingəçevir və Quba şəhərlərində yerləşən Qeyri Hökumət Təşkilatlarının (QHT) Resurs və Təlim Mərkəzlərində bu bölgələrdə fəaliyyət göstərən yerli QHT-lər üçün AƏF-in təşkilatçılığı ilə məlumatlandırma sessiyaları aparılıb.

Sessiyada iştirak edən ekspertlər layihənin ümumi məqsədinin əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması olduğunu bildiriblər.  Regiondakı QHT-lər və 3 QHT Resurs Mərkəzinin ehtiyacları və institusional boşluqlar araşdırılacaq, təlimlər keçiriləcək, QHT-lərin yerli sosial-iqtisadi inkişaf, yerli özünüidarə və ictimai xidmətlər sahəsində mövcud vəziyyətə təsir və onun həyata keçirilməsində iştirak imkanları tədqiq olunacaq, onların kiçik həcmli təşəbbüslərinə dəstək veriləcək, eləcə də bölgələrdə və Bakıda tematik seminarlar təşkil olunacaq. Keçirilən sessiyalarda iştirakçılar layihə ilə bağlı gözləntilərini və təkliflərini səsləndiriblər. Sonda layihə icraçıları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

07.12.2016 22:03

Xəbər 270 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar