Avropa Birliyi və BMT-nin nümayəndələri Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlimlərdə iştirak ediblər

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində 21-22 Yanvar 2017-ci ildə ŞirvanRegional QHT-lərin Resurs və Təlim Mərkəzində növbəti təlim sessiyası keçirilib.

Təlim QHT-lərin yerli ictimai xidmətlərin göstərilməsi və onların keyfiyyətinin artırılmasında, yerli özünüidarənin həyata keçirilməsində rolu, dəlil əsaslı tədqiqat metodologiyaları və məlumatlardan istifadə etməklə ictimai siyasət tövsiyələrinin hazırlanması, layihələrin yazılışı və idarə olunmasıkimi mövzuları əhatə edib.

İki günlük təlim sessiyasına Şirvan, Sabirabad, Saatlı, Salyan və Hacıqabuldafəaliyyət göstərən QHT təmsilçiləri qatılıb. Yerli icra hakimiyyəti nümayəndəsinin də iştirak etdiyi təlimdə əsas diqqət QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak səviyyəsini artırmağa imkan verən zəruri bilik və bacarıqların aşılanmasına yönəlib. İnteraktiv müzakirə şəraitində keçən təlim zamanı praktiki vərdişlərin inkişaf etdirilməsi məqsədilə iştirakçılar müxtəlif mövzular üzrə qrup işlərini yerinə yetirib və təqdimatlar ediblər.Tədbirdə Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin və BMT İnkişaf Proqramının əməkdaşları qonaq qismində iştirak ediblər.

Təlim sessiyasının sonunda iştirakçılar təlim sessiyasının qiymətləndirilməsini aparıb,yerli qeyri-hökumət təşkilatlarının yerli inkişaf proseslərində iştirakçılığının artırılması baxımından təlimin mühüm əhəmiyyət daşıdığını bildiriblər. Layihə üzrə yanvar-fevral aylarında tematik seminarların keçirilməsi nəzərdə tutulur.

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows

25.01.2017 11:10

Xəbər 141 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar