Azərbaycanda “Formula 1”ə xərclənəcək məbləğin miqdarı açıqlandı

İtaliyalı avtoklubun rəhbəri Stiççi Damiani Azərbaycanın Bakıda keçiriləcək “Formula 1” mərhələsinə xərcləyəcəyi məbləği açıqlayıb.

İdman icmalçısı Nazim Hüseynzadənin virtualaz.org- bildirdiyinə görə, Damiani bəyan edib ki, ölkəmiz “F1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək.

Damiani, həmçinin bildirib ki, Ekklsoun İtaliyada keçiriləcək Qran-Pri-yə görə ildə 28 milyon dollar istəyir, lakin İtaliya yalnız 20 milyon dollar ödəməyə hazırdır.

24.01.2016 10:37

Xəbər 383 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar