“Azərbaycan ordusu növbəti irimiqyaslı döyüşlərə hazırlaşmalıdır” –Elxan Şahinoğlu

“Allah bütün şəhidlərimizə rəhmət eləsin! Apreldə əsgər və zabit qardaşlarımız böyük şücaət göstərdilər, həyatlarını vətən yolunda fəda etdilər, düşmənə ağır zərbələr vurdular. Düşmənə dərs verdik. Ancaq üstündən 5 ay keçdikdən sonra etiraf etməliyik ki, 4 günlük müharibə işğalçını geri addım atmağa məcbur etmədi, böyük dövlətlərin qılı belə tərpənmədi”. Anamedia.az-ın verdiyi xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Azərbaycan ordusu növbəti irimiqyaslı döyüşlərə hazırlaşmalıdır: “Demək ki, düşmənə daha böyük dərs verməyimizə ehtiyac var və bu dəfə Moskvadan edilən telefon zənglərini qulaqardına vurmalıyıq! Belə zənglər bizə imkan vermir ki, problemimizi birdəfəlik həll edək”.

Tural Turan

09.10.2016 09:19

Xəbər 402 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar