Azərbaycan Silahlı Qüvvələrinin tankları hərəkətə keçdi

2016-cı il üçün hazırlıq planına əsasən, Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anamedia.az-a verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

17.10.2016 16:48

Xəbər 604 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar