Azərbaycanda 10 günün gəlini ölüb – SƏBƏB

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki  Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon  Xəstəxanadan verilən məlumata görə, mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

gelin

16.09.2016 09:01

Xəbər 803 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar