Azərbaycanda “elektron pul qabı” istifadəyə verildi

“Wallet One” beynəlxalq ödəniş sistemi Azərbaycanda “elektron pul qabı”nı istifadəyə verib.

Bu barədə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.
“Wallet One” sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pul qabının balansını “eManat” ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.
“Elektron pul qabı”nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.
Bu tətbiq “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.

16.01.2017 12:46

Xəbər 315 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar