Bədən tipinə görə cins şalvar seçimi

Yaxşı geyinmənin qızıl qaydası bədənə uyğun geyinməkdir. Qarderobumuzun əsas geyimlərini isə cins şalvarlar təşkil edir. Bədən tipinə görə cins şalvar seçməyin sirrini sizə açacağıq.

Balaca boylusunuzsa

Daha uzun görünmək üçün hündürdaban ayaqqabı geyinmək məcburiyyətində deyilsiniz. Biləklərin dərhal üstündə bitən, bədəninizə oturan, ancaq yapışmayan cins şalvarları seçin.

Uzun boylusunuzsa

Onsuz da bütün geyimlər sizə qısa gəlir, bilirik. Bu ilin dəbi crop şalvarlarla ayaqlarınızın uzunluğunu vurğulaya bilərsiniz.

Alma bədən tipinə sahibsinizsə

Ombanıza oturan, dizlərdən aşağısı bol olan geyimlər bədən şəklinizi tarazlamağa kömək olacaq.

Armud bədən tipinə sahibsinizsə

Ayaqları yer “süpürən” şalvarlar diqqəti incə belinizə çəkəcək, ayaqlarınızı daha uzun və incə göstərəcək.

Qum saatı bədən tipinə sahibsinizsə

Stretch parçadan tikilmiş tünd rəng və dar paça şalvarlar bədəninizi qucaqlayaraq bədən quruluşunuzu ortaya çıxaracaq.

Düz bədənə sahibsinizsə

Düz bədəninizə bir az forma vermək istəyirsinizsə, boyfriend cins şalvarlar tam sizə görədir. Feminen ayaqqabılarla kombinəni mükəmməlləşdirin.
(lent.az)

05.09.2016 08:54

Xəbər 1542 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar