Bədənimizdəki yeni orqan – 2 kilo çəkisi var

Bədənimizdə ümumi ağırlığı təxminən 2 kq olan bakteriya ilə yaşayırıq. Alimlər mikrobiyom deyilən bu mikroorqanizmlərə yeni bir “orqan” adı verib.
ABŞ-da başlayan Beynəlxalq İnsan Mikrobiyom Layihəsi üzərində işləyən alimlər bədənimizdə mikrobiyom adı verilən və min növü olan bakteriyaların olduğunu bildirib. İnsan hüceyrələrindən çox kiçik olan mikroorqanizmlərin gen sayı 3 milyona qədərdir.
Bu bakteriyalar həzm və immun sisteminin sağlam işləməsini təmin edir.Onların fuknsiyasının pozulması müəyyən xəstəliklərə səbəb ola bilər.
Əslində bu bakteriyalar hər zaman bədənimizdə olub. Sadəcə son araşdırma sonrası bunların varlığı bir daha təsdiqlənib.

20.10.2016 23:09

Xəbər 4330 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar