Badımcan əkdi, “pomidor” yetişdi – FOTOLAR

Bu günlərdə Qazax rayon sakini Alim Əzizovun həyətyanı sahədə becərdiyi təsərrüfatında qəribə bir hadisə baş verib.

Belə ki, bir neçə ay qabaq toxumunu bir qohumundan alıb əkdiyi badımcan bitkisi pomidor formasında bar verib. Bu isə görənləri heyrətə salır. Alim Əzizov isə bitkinin bu formada bar verməsinin onun üçün yeni bir şey olmadığını deyib:

“Əslində, burada möcüzəvi heç nə yoxdur. Geni dəyişdirilmiş və yaxud toxumu pomidor və badımcanın calağından tutulmuş ola bilər. Qabaq türk telekanallarında da eyni bitki növünü görmüşdüm. Bir neçə ay qabaq bacımın həyətində görəndə isə marağıma səbəb olduğundan istədim, mənim qapımda da olsun. Bar verəndən sonra isə qardaşım oğlunun sayəsində əməlli-başlı marağa səbəb oldu. Ona bir-iki dənəsini pay vermişdim, jurnalist dostunun sayəsində telekanalların biri gedir, o biri gəlir. Sonra da gedib yazırlar ki, guya badımcan əkmişəm, pomidor yetişib və mən də bundan dəhşətə gəlmişəm.”

O bildirib ki, pomidor formasında bar verən bu badımcan növü dadına görə ənənəvi badımcandan kəskin şəkildə fərqlənir:

 “Yeməkdə qəribə tam verir, şəxsən mənə xoş deyil. Sadəcə yağlılığı hədsiz çoxdur və bircə qızartması yaxşı olur. Ən yaxşı yanı isə çəkidə ağır gəlməyidir.”Qazax rayonunda bitkiçiliklə məşğul olan digər təsərrüfat sahibləri də qeyd ediblər ki, bu, yeni bir şey deyil. Ona son illər tez-tez rastlanır. Əsasən toxumu Rusiyadan gətirilən badımcan, eləcə də, pomidor və xiyar bitkilərində eyni hal müşahidə olunur.
(sputnik.az)

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

12.08.2016 14:39

Xəbər 1623 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar