Bakıda 19 yaşlı gəlin damarlarını kəsib, 9-cu mərtəbədən atıldı

Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub.
Report“un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.

Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivi ev 56 mənzil 27 ünvanında yaşayan 1997-ci il təvvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.

Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.
Ölən qadının 2 yaşlı övladı var.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

21.10.2016 14:09

Xəbər 671 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar