Bakıda idman yarışında kütləvi dava (VİDEO)

Bakının “Sərhədçi” İdman Olimpiya Mərkəzində Mixed Martial Arts (Qarışıq Döyüş Sənətləri) (MMA) üzrə keçirilən turnirin ilk günündə kütləvi dava düşüb.

Qarşıdurma turnirdə 70 kq çəki dərəcəsində döyüşən Aqşin Salmanov və Cəfər İsmiyev arasındakı döyüşdə qeydə alınıb. A. Salmanovun C. İsmiyevi elə ilk raunddaca başının üzərindən meydanın kənarına atıb. Hisslərinə sahib ola bilməyən idmançılar davanı rinqdən kənarda davam etdiriblər.

İdmançıların davasına zaldakı tamaşaçılar da müdaxilə edib. Nəticədə qarşıdurma kütləvi dava ilə nəticələnib.

Yarış “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanıb və telekanal xoşagəlməz hala görə yayımı yarımçıq tez kəsərək reklam fasiləsinə ayrılıb.

(ANSPRESS)

31.01.2016 12:54

Xəbər 497 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar