Bakının məşhur biznes mərkəzində atışma – Ölən var

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirliyinin işçisinin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

14:11

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. //APA

 

07.01.2017 15:06

Xəbər 149 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar