Cəbhə bölgəsində “Mənim inkişafım regionun inkişafıdır” adlı təlim keçirilib

Noyabrın 23-25 aralığında Ağdam, Beyləqan və Ağcabədi rayonlarında “Mənim inkişafım regionun inkişafıdır” adlı tədbir keçirilib.

Anamedia.az-ın verdiyi xəbərə görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 8-ci qrand müsabiqənin qalibi Elşən Abbasov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi marketinq, sahibkarlıq, region gənclərinin sosial aktivliyini daha da artırmaqdır.

Beşinci və səkkizinci qrand müsabiqələrin qalibi bildirib ki, Elşən Abbasov ağdamlı gənclər qarşısında çıxış edərək bildirib ki, region gənclərinin özünü inkişaf etdirməsinə kömək üçün onlar əllərindən gələn hər şeyi etməyə hazırdırlar:

“Hər bir gəncin özünü fərdi şəkildə inkişaf etdirməsi, onlara sosial aktivlik sahəsində yol göstərmək bizim müqəddəs vəzifəmizdir. Bunun üçün hər kəs öz istedadının hansı sahəyə kodlaşdığını kəşf etməlidir. Səylə çalışmalı, regionun sosial-iqtisadi və mədəni tədbirlərində fəal iştirak etməlidir. Hər bir fərdin inkişafı regionun yüksəlişi ilə parallellik təşkil edir. Bu gün bizim buraya yığışmağımızın səbsədi də elə gənclərin fərdi inkişaf prinsipləri haqqında gənclərimizi maarifləndirməkdir”.

Daha sonra Elşən Abbasov bildirib ki, ölkə prezidenti İlham Əliyev regonların iqtisadi inkişafını daima diqqətdə saxlayaraq, iqtisadi-sosial layihələrin inkişafında gənclərin rolunu xüsusi qiymətləndirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tural Turan

 

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows

29.11.2016 20:44

Xəbər 179 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar