Cemli “Ürək” pryanikləri – FOTORESEPT

Tərkibi (8-10 pay):

250 q bal
3/4 st. şəkər tozu
125 q kərə yağı
500 q un
2 yumurta
1.5 ç.q. soda
1/4 st. süd
1 çimdik duz
15 q pryanik üçün ədviyyat*

qlazur:
125 q şokolad
40-50 ml 38%-li qaymaq

cem

* pryaniklər üçün ədviyyat:
50 q darçın
20 q zəncəfil
15 q mixək
15 q hil
10 muskat cevizi
10 ağ istiot
10 q qara istiot (hamısını qarışdırıb şüşə bankaya yığın, qapağını kip bağlayın)

Bal, kərə yağı və şəkər tozunu qızdırın, amma qaynatmayın, sadəcə balla şəkər tozu əriyənədək qarışdırın.
Blenderin qabına yığıb bir qədər soyumasını gözləyin, yumurta, süd, soda qatıb qarışdırın.
Unu ələyin, ədviyyatla qarışdırıb əlavə edin.
Xəmir yoğurun, o bir az yapışqan və duru kimi alınır, əlavə un vurmaq lazım deyil.
Üzərinə plyonka çəkib soyuducuda 1 gecə saxlayın (bu xəmiri soyuducuda 5 həftə də saxlaya bilərsiniz).
Xəmiri 3-4 mm qalınlıqda yayın. Dairələr kəsin.

Birinin üzərinə cem qoyun.

Digərini üzərinə örtün. Ürək formasında olan bıçaqla kəsin.

Xəmir artıqlarını kündələyib yayın, yeni pryaniklər düzəldin.
Qaşığın qırağıyla xəmirin kənarlarından basıb bitişdirin ki, iç axmasın (həm də bu zaman görüntüsü də gözəl alınır).

Perqament döşənmiş siniyə yığıb 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Qlazur:
Qaymağı qızdırın, xırdalanmış şokoladın üstünə tökün, eynicinsli kütlə alınanadək qarışdırın.
Pryaniklərin bir üzünü qlazura batırın.

Nuş olsun!

14.02.2016 09:45

Xəbər 1443 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar