Cildə düşmən qidalar

Yağ

Xüsusilə sağlamlığa faydalı olmayan yağlardan(marqarin) istifadə etməmək, dəri sağlamlığı üçün təməl şərtdir. Lakin  yağları həyatımızdan tamamilə çıxartmaq doğru olmaz. Yalnız keyfiyyətsiz yağlardan uzaq dayanmalı və çox miqdarda istifadə etməməliyik.  Məsələn, zeytun yağı, soya yağı, fındıq, balıq istehlak etməlisiniz.

Kafeyin

Dərini susuz buraxan bir qidadır. Kafeyin bədəndə stress hormonu ifraz edir. Bu vəziyyət də dərinin erkən yaşlanmasına səbəb olur. Kafeyin əlbəttə istehlak etməliyik, amma nizamlı şəkildə istifadə edilməlidir.

Şəkər

Dəridəki qızarıqlıqların, qəhvəyi ləkələrin əsas  səbəbi şəkərdir. Çünki sağlamlığa ziyan verən şəkərlər dəridə rəng balanssızlığı yarada bilər. Bunun əsas səbəbi şəkərin kalsium və mineralları əmməsi, bunun nəticəsində də bədəndə toxuma itkisi yaşanmaqdadır. Bundan əlavə şəkər, dərinizin yumşaq bir görünüşə sahib olmasına da səbəb olur.

Siqaret

Siqaret cildi oksigensiz saxlayaraq, dərini daha incə və həssas edər. İncəlmiş cildə də sallanmalar və qırışlar meydana gələr. Buna görə də həm gözəlliyimiz həm də sağlamlığımız üçün siqaretdən imtina etməliyik.

Stress

Həddindən artıq stress insanı tez yaşlandırır. Çünki, insan stress vəziyyətində kortizol maddəsi ifraz edər. Bu maddə isə erkən yaşlanma hormonu olaraq bilinir.  Ona görə də  stressli mühitlərdən və şəxslərdən  uzaq dayanmaq lazımdır

Günəş

Günəşin UV şüaları zərərlidir və bədəndəki C vitaminini azaldır. Beləcə bədəndəki hüceyrə istehsalı və yenilənməsi azaldır.Yenilənməyən  dəri üzərində də ləkələr, qırışlar və kapilyar  damarlar daha çox diqqətə çarpır.

01.01.2016 14:52

Xəbər 592 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar