Çində Azərbaycanı layiqincə təmsil edən ADU tələbəsi

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uhan Universitetində təhsilini davam etdirir. Uhan şəhərində keçirilən “İpək yolu” mədəniyyət festivalı çərçivəsində Azərbaycan milli rəqslərigeyim nümayişi  ilə  iştirak edən A.Kərimova festival iştirakçılarına, milli çay dəsgahı və xına mərasimi təqdim edib. 70-dən artıq ölkənin iştirak etdiyi festivalda  Azərbaycandan olan digər tələbələr də ölkəmizi layiqincə təmsil ediblər. ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovdan aldığımız  məlumata görə, Dillər Universitetinin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil almaqla yanaşı, Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edərək ictimai fəallıq göstərirlər.

img_1328-21-11-16-12-11

22.11.2016 21:32

Xəbər 154 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar