Elvin Abbasov

Nəyə görə sərmayə milliləşə bilmir

Qlobal sosial şəbəkələrin Azərbaycana  vurduğu zərbə

 

Milli İnternet resursların əhəmiyyəti. Problem yaradan amillər.

Facebook və digər sosial şəbəkələrə ölkəmizdə reklam üçün xərclənən pulları milyonlarla ölçmək olar. Digər tərəfdən bu məsələ həm siyasi həm də milli-mənəvi dəyərlər baxımından da ciddi problemlər yaradır. Beləki Facebook, Twitter kimi sosial şəbəkələr fəailiyyət göstərdikləri ölkələrdə siyasi və ictimai hədəflərə daha çox zərbə vurduqları halda, Rusiyaya məxsus sosial şəbəkələr (Kontakt, mymir znakomstva, Odnaklassnik) daha çox seksual xarakterli tanışlığa üstünlük verirlər. Bununlada ABŞ və Qərb siyasi insititutlarının hazırladıqları sosial şəbəkələr bir başa ölkənin milli təhlükəsizliyinə zərbə vuran, siyasi qarşıdurma və xaos yatamağına yönəlmiş, Rusiyanın yaratdğı sistem isə milli-mənəvi dəyərlərə vurulmuş bir zərbə kimi dəyərləndirmək daha düzgün olardı. Digər tərəfdən bu problemlərə yanaşı, həm də həmin qüvvələr bu sistemin köməyi ilə ölkədən milyonlarla dollar pul çıxarda bilirlər. Bu baxımdan təklif edirik ki, Ölkədə milli yerli internet resuslarının yaranmasına önəm verilsin və milli deyerlerimizə görə yerli şəbəkələr dizyan edilsin. Bu baxımdan biz alternetiv olaraq milli sosial şəbəkəmizi təklif edirik.

  1. Azərbaycan mütəxəssislərinin yaratdıgı və təkminləşdırdiyi internet məhsullarının milli brend halına gəlməs.
  2. İstifadəçiləriin nə qədər ölkə daxili resuslardan istifadə etsələr bir o qədər INTERNET provayderlərinin qiymətinin düşməsinə və milli resursların tanınmasına səbəb olacaq. Biz calışmalıyıq ki, ölkə daxılı interent istifadəsini yüzdə 50%lərin ütünə qaldıraq.
    3. Bu təşəbbüs sərmayənin milliləşməsinə xidmət edəcək, və ölkədən xaricə axın edən kapitalın qarşısını alacaq.

İstər sərmayənin milliləşməsi, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının bilincli olaraq milli resursları istifadə etməsinin ölkəmizin xeyrinə olduğunu düşünürəm. Daha bir çox səbəblər də əlavə etmək olar ( təhlükəsizlik, gizlilik, milli etik dəyərlərin qorunması və s.. kimi ) İstənilən bütün perspektivlərdən baxıldığında bizim hər birimiz fərd olaraq milli resursların istifadəsini təkid etməliyik. Eyni zamanda milli sosial şəbəkələr yartamaqla, daxili internet reklam bazarının inkişafı, böyük maliyyə gəlirlərinin xaricə axınının qarşısını ala bilərik. Qeyd edək ki, hər ay Azərbaycandan minlərə, hətta milyona yaxın vəsait sosial şəbəkələr vasitəsi ilə xaricə gedir. Ölkəmiz isə bu gedən vəsaitdən heç bir gəlir əldə etmir. Nə vergi, nə də başqa bir cəhətdən qazancımız yoxdur. Almaniya kimi inkişaf etmiş ölkə belə bu sosial şəbəklərədən ölkəsi üçün heç bir qazanc eldə etmədiyini iddia edərək facebooka sahiblərini məhkəməyə verdi. Çin isə ümumiyyətlə o sosial şəbəkələri ölkə daxilində bağladı, və öz sistemini qurdu. Rusiya da həmçinin. Bu ölkədə onlarla həm siyasi, həm də seksual xarakterli milli sosial şəbəkələr mövcuddur. Onlar bu sistemi yaratmaqla həm ölkə vətəndaşlarının şüuruna sırıdılan siyasi xaosun və kənar ideyaların qarşısını alırlar, həm də özləri bizim kimi xırda ölkələrə siyasi, sosila və seksual xarakterli ideyalar yeridirlər. Bu baxımdan biz də öz milli şəbəkəmizi və milli internet resurslarımızı inkişaf etdirib, yerli istifadəçilərə, hədəflədiyi müştəri kütləsinə çatdırmalıyıq. Özüdə bunu elə etməliyik ki, ən azı yaxın ətrafımızda ölan ölkələr üçündə maraq kəsb etsin. Amma dediyim kimi ilk növbədə öz ölkəmizdə bu yaradılmalı və bir başa dövlət dəstəyi olmalıdır. Bu ideya və onun texniki baxımından həyata keçirilməsi mənim kimi yerli mütəxəss tərəfindən mümkündür. Və bu ideyanın müəllifi də zatən mənəm. Amma xaricdə bu cür ideyalar böyük insititutlar tərəfindən hazırlanır və dövlətin dəstəyilə yerli korporasiyalar milyonlarla pul xərcləyir. Bu baxımdan bizdə də dövlət bu məsələyə ciddi yanaşmalı müəyyən resurslar ayırmalı mənim kimi mütəxəssislərin gücündən istifadə etməlidir. Biz mütəxəssislərdə təbii ki, bu işi həm öz gücümüzə, həmdə xarici partnyorlarımızla məsləhtləşərək edəcəyik. Digər tərəfdən biz öz milli resurslarımızı yaratmaqla həm əldə edilən gəlirləri ölkədə saxlaya biləcəyik, həm də yerli mütəxəssislərimizdən maksimum istifadə edə biləcəyik. Belə ki, Azərbaycan mütəxəssisləri dünya bazarının lider sahələrində əhəmiyyətli işlər görürlər. Həmçinin də internet resursları sahəsində çox güclü mütəxəssislərimiz var. Mənə ələ gəlir ki, biz öz yerli potensiallı mütəxəssislərin iş qabiliyyətindən istifadə etməyərək onları passivləşdiririk. Çünki yerli mütəxəssislərə inamsızlıq həm onların iş qabiliyyətinin azalması həm də ölkədən cıxıb getmələrinə səbəb olur. Bu baxımdan bəzi dövlət əhəmiyyətli layihələrin,  istər nazirliklər tərəfindən,  istərsə də digər dövlət qurumları tərəfindən xarici təşkilatlara verilməsi, ölkəmizdə sərmayənin millişməsinə əngəl törədir. Təklif edərdik ki,  bütün layihələr yerli şirkətlərin və mütəxəssislərin istirakı ilə həyata keçirilsin. Xarici təşkilatlar isə ancaq partniyor şirkət olaraq istirak etsin.. Bu baxımdan mən həm vətənini və dövlətini sevən bir vətəndaş kimi, həm də visiontv.az internet televiziya və myday.az milli sosial şəbəkəni yaradan bir şəxs olaraq bu məsələni layihə, konsepsiya halına salıb müvafiq qurumlara təqdim etmək fikrindəyəm.

Elvin Abbasov

03.09.2016 15:22

Xəbər 426 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar