Fətullah Gülənin doğulduğu ev ictimai tualet olacaq

“Beyaz TV”-nin aparıcısı Latif Şimşək Fətullah Gülənin doğulduğu evin ictimai tualetə çevriləcəyini iddia edib. 

Anamedia.az 1xəbər.com-a istinadən bildirir ki, Latif Şimşək Tvitter hesabında paylaşdığı məlumatda bu məsələ ilə bağlı Ərzurumun Bələdiyyə rəisi Mehmet Sekman ilə görüşdüyünü qeyd edib:

“Ərzurumlu dostlarımdan biri zəng etdi və Gülənin doğulduğu, Korucuk kəndində yerləşən evin Ərzurum Bələdiyyəsi tərəfindən ictimai tualetə çevriləcəyini dedi. Elə bildim ki, zarafat edir. Ancaq Mehmet Sekmanla görüşdüm. O isə “xalqın tələbidir, bu tələblərə cavab verməyə çalışcağıq” dedi.

O, kəndlilərin buna etiraz etməyəcəklərinə inandığını söylədi.

25.07.2016 11:18

Xəbər 727 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar