FETÖ-nün albomu ələ keçirildi – “gizlinləri” üzə çıxarmaq asanlaşdı

Türkiyə hüquq-mühafizə orqanları ötən gün keçirdiyi əməliyyat nəticəsində Fətullahçı terror qruplaşmasına məxsus albom ələ keçirilib. Albomda Fətullah Gülənə yaxınlığı ilə tanınan iş adamlarının, məmurlarının fotoları yer alıb. Anamedia.az-ın milliyet.com.tr saytına istinadən verdiyi xəbərə görə, polis həmin albom sayəsində qruplaşma ilə əlaqələrini ört-basdır etməyə çalışan məmurları da rahat şəkildə üzə çıxara biləcək. Bundan başqa həmin fotoların arasında ABŞ FBİ-sinin üzvləri də görüntülənib. Gülənin başçılığı altındakı toplantılara onların da qatıldığı bildirilir.

Tural Turan

07.09.2016 12:16

Xəbər 470 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar