Gənc şair məmurlara şeir həsr etdi

Yaşayın deyən kişilər
Günümüzə düşəsiz təki
Cəhənnəmə gedən yolda
Önümüzə düşəsiz təki

Dərd başımıza damır
Qarnımız ac, əlimiz xamır
O tərəf də məmur-məmur
Əlimizə düşəsiz təki…

Yığdığınız hədər ola
Yediyiniz zəhər ola
Günümüzdən betər ola
Dilimizə düşəsiz təki.

Ruzbeh Məmməd

28.11.2016 23:38

Xəbər 455 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar