Google-dan yenilik

Google gələcəkdə Android və Chrome OS sistemlərini əvəz edə biləcək daha mükəmməl əməliyyat sistemi hazırlayır. 

Şirkət hələ ki, yeni ƏS-i üzərində işə başladığını rəsmən elan etməyib, amma ilk təfərrüatlar və texniki təsvir artıq GitHub xidmətində dərc edilib. Fuchsia adlandırılmış sistem Linux deyil, Magenta nüvəsi əsasında işləyəcək.

Bundan başqa, Magenta nüvəsi sistemə əşyalar interneti texnologiyasının daha geniş yayılmış platformaları, həmçinin FreeRTOS və ThreadX ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək. Beləliklə, korporasiya istifadəçilərin mobil qurğu və kompüterlərinin OnHub və Google Home ev ekosistemləri ilə inteqrasiyasını gücləndirməyi planlaşdırır.

Google-un mühəndisi Brayan Svetlandın sözlərinə görə, şirkət ilk günlərdən yeni əməliyyat sistemini kənar tərtibatçılar üçün açıq etməyə dair qərar verib.

Kantar analitik şirkətinin məlumatına əsasən, Avropa bazarında Android mobil əməliyyat sisteminin bazar payı 76%-ə  yaxınlaşıb, ABŞ-da isə bu göstərici 67.6% təşkil edir.
(xeberler.az)

15.08.2016 13:29

Xəbər 635 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar