Göyçay rayonun sakinləri ayağa qalxdı

Bu gün saat 10:00 radələrində Göyçay rayon sakinləri etiraz   aksiyası  keçiriblər.Bakı-Qazax mağistral yolunun Göyçay şəhər ərzisindən keçən qırmızı körpü adlanan hissəsində yolu bağlayıblar.Səbəb  kimi Göyçay Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin yeni təyin edilmiş rəisi Vüqar Qasımovun qanunsuz hərəkətlərindən bezmələri olub. Nəticədə avtomobillərin hərəkəti dayandığından bir neçə saatlıq tıxac yaranıb.Rayon rəhbərliyi hadisə yerinə gələrək narazı sakinləri sakitləşdirməyə çalışıb.Göyçay Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin rəisi Vüqar Qasımovun barəsində tezliklə tədbir görüləcəyinə söz verib. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin xahişini nəzərə alan nümayişçilər yolu açıblar.

Səbuhi Eltonlu.

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

15.10.2016 13:46

Xəbər 301 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar