Göyçay sakini son anda ölümdən xilas olunub

Göyçayın Ləkçiplaq kəndində  intihara  cəhd hadisəsi qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Əzizova Ramilə Zamin qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihara cəhd edib.

Həyat yoldaşı hadisədən tez xəbər tutaraq onu son anda ölümdən xilas edib. Huşunu itirən Ramilə Əzizova Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra  koma vəziyyətindən ayılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Səbuhi  Eltonlu

09.04.2016 23:46

Xəbər 524 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar