Göyçay vətəndaşları bircə əmrə bağlıdırlar

Göyçayda ermənilərin cəbhə xəttində törətdikləri təxribatla əlaqədar toplantı keçirilib. Tədbirdə ermənilər tərəfindən mütəmadi olaraq işğal olunmuş ərazilərimizdən kəndlərimizin və dinc əhalinin atəşə tutulması faktları pislənilib. Nəticədə dinc əhali arasında ölənlərin olduğu, təsərrüfatlara, sosial obyektlərə və avtomobillərə ciddi ziyan dəydiyi qeyd olunub.

Ordumuz tərəfindən düşmənə sarsıdıcı cavab zərbələrinin endirildiyi bildirilib. Qoşunlarımızın bir neçə strateji əhəmiyyətli yüksəkliyi və kəndləri işğaldan azad etməsinin Göyçay ictimaiyyətində də ruh yüksəkliyi yaratdığı vurğulanıb. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam hissi ifadə edilib. Göyçaylı vətəndaşlarımız döyüşə hər hazır olduqlarını,Ali Baş komandamızın əmrini gözlədiklərini vurğulayıblar.

Səbuhi  Eltonlu

05.04.2016 14:54

Xəbər 487 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar