“Bir nəslin dörd fəsli” təqdim olundu

Göyçayda Rəsul Rzanın ev muzeyində

Göyçayda  Rəsul  Rzanın  ev muzeyində  əməkdar  müəllim, yazıçı-publisist Səxavət  Tağların  “Bir  nəslin  dörd  fəsli”  adlı  kitabın  təqdimatı  keçirilib.

Azərbaycan Yazıçılar  Birliyinin bir qrup şair, yazıçısı  və məktəblilər əvvəlcə  xalq şairi  Rəsul  Rzanın  büstü  önünə  gül dəstələri  qoyaraq, sənətindən  söz  açıblar. Daha  sonra  Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Valeh Bahaturoğlu, Gülayə, Sədaqət Vəlioğlu, Aqil Kəngərli, Azərbaycan Qızıl  Aypara Cəmiyyətinin  Regional  Mərkəzinin  koordinator- direktoru Vilayət Muradlı  və  Rəsul Rzanın ev muzeyinin direktoru Solmaz Həsənova və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən söz açıblar. Tədbir  boyu  məktəblilərin  çıxışında  Rəsul  Rzanın  şeirlərindən  nümunələr  söylənilib. Sonda tədbir iştrakçıları muzeyin ekspanatları ilə tanış olublar.

Səbuhi Eltonlu

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows

15.02.2016 20:49

Xəbər 932 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar