Göyçayda yanğın hadisəsi baş verib

Göyçay şəhərinin Əhməd Cavad küçəsində yanğın  hadisəsi qeydə alınıb.

Şəhər sakini 1964-cü il təvəllüdlü Mustafayeva Şəkurə Əliqulu qızına məxsus evin həyətindəki mal-qara tövləsi  yanıb. Yanğın yerinə   FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 84 kvadratmetr olan tövlə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı tövlənin içərisindəki 10 baş inək və 5 baş buzov, damındakı 5 ton ot yanaraq tələf olub. Hadisə zamanı ev sahibinin qızı 1985-ci il təvəllüdlü Mustafayeva Nərgiz Fizuli qızı yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Səbuhi  Eltonlu

26.03.2016 21:04

Xəbər 630 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar