Göyçayda yol qəzası baş verib

Göyçay şəhərinin  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində,  iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

68-BA-491 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparıl

Səbuhi  Eltonlu.

09.04.2016 23:41

Xəbər 432 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar