Göz ətrafı qırışları bu qaydalarla yox edin

Müəyyən yaşdan sonra xanımların qorxulu yuxusu olan qırışlar artıq özünü göz ətrafı nahiyyədə büruzə verməyə başlayır.  Bu qırışların yaranma səbəbi yaşla əlaqədar olaraq dəri dəyişimi, kosmetik vasitələrin təsiri və doğru qulluq edilməməsindən qaynaqlana bilər. Müəyyən yaşdan sonra bu kimi problemlərlə mübarizə aparmaqdansa, problem yaranmamışdan əvvəl qarşısını almaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.  İlk əvvəl hər yaşa uyğun nəmləndirici vasitələr və təbii ki, müəyyən yaşdan sonra bu kremləri qırış əleyhinə nəmləndiricilər ilə əvəz edərək, qulluqu davam etdirmək lazımdır. Aloe və efir yağları ilə mütəmadi olaraq  gözətrafı cildi nəmləndirin. Bu qırışlara qarşı ərik, şaftalı və badam yağlarını da istifadə edə bilərsiniz.

Qırışlar əleyhinə evdə də effektiv krem hazırlaya bilərsiniz.  Bunun üçün 1 xörək qaşığı E vitamini, eyni miqdarda kakao və dəniz ağtikanını (облепиха) qarışdırın və göz ətrafına sürtün. 25 dəqiqə saxladıqdan sonra salfetka ilə  silin. Bu proseduru həftədə bir neçə dəfə yatmamışdan 2 saat öncə edin.

Zeytun yağı da qırışlarla mübarizədə olduqca faydalıdır.  Zeytun yağını  problemli hissəyə massaj hərəkəti ilə yeridin.

Qırışlara qarşı 1 xörək qaşığı bal (qatı olarsa isidin), 1 xörək qaşığı un un, 1 ədəd yumurtanın ağını qarışdırın.Əldə edilən maskanı gqırış olan nahiyyəyə  sürtün, quruyana kimi gözləyin

20.01.2016 15:58

Xəbər 820 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar