İdmançımız model oldu – FOTO

Azərbaycan Ağır Atletika Federasiyasının başı dopinq qalmaqalından açılmır. Ötən ilin sonunda baş verənləri, yəqin, unutmamısız. AAAF rəhbərliyi Beynəlxalq Ağır Atletika Federasiyasına 200 min dollar ödəməsə, Rio Olimpiadasına qazanılan 4 lisenziya “yana” bilər. Bu, ilk dopinq qalmaqalı deyil.

İlk dopinq qalmaqalında cəzalı duruma düşənlərdən biri də Azərbaycanın ağırlıqqaldırma üzrə qadınlardan ibarət millisinin üzvü Kseniya Vışnitskayaidi. Onun cəza müddəti bitsə də, yenidən ağır atletikaya qayıtmaq fikri yoxdur. Haqsız yerə cəzalandırıldığını düşündüyü üçün Vişnitskaya belə addım atıb.

Azərbaycan milli komandasının sabiq üzvü hazırda başqa işlə məşğuldur.

Ukraynanın Xarkov şəhərində yaşayan Kseniya fitnes zalında məşq edərkən çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. İndi daha cazibədar qıza çevrilən Vışnitskaya fotomodelliklə də məşğuldur.

Qeyd edək ki, 18 yaşlı Kseniya Vişnitskaya 2 ilə yaxın millimizin şərəfini qoruyub.

07.01.2016 12:59

Xəbər 451 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar