Putin İlham Əliyevin evində

Avqustun 8-i axşam prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putin-i evinə çay süfrəsinə dəvət edib.

Xəbəri president.az saytı yayıb.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd ediblər. Bu tədbirin iki ölkə arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağını vurğulayıblar.

Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana gəlib. O, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Daha sonra Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü keçirilib. Görüşdə prezidentlər birgə bəyannamə imzalayıblar.

09.08.2016 08:33

Xəbər 1602 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar