Kənd canavarların hücumuna məruz qaldı.

Göyçayın  Yalman kəndində  qoyun  sürüsünə  canavarlar hücum  edib. Kənd sakinlərinin bildirdiyinə  görə  qoyunlar  otlaq sahəsində olarkən qəflətən 4  canavarın  hücumuna məruz qalıb.

Nurlan Cəlalov və Elşən Cəlalova məxsus 10 baş qoyunu parçalayaraq öldürüb, 7 qoyun isə ölümcül yaralanıb. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı vaksinlər vurulub. Qeyd edək ki, ötən ayın 18-də canavarlar Göyçayın Ləkçiplaq kəndində 7 sakinə məxsus 15 baş qoyunu parçalamışdı.

Səbuhi Eltonlu

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

15.02.2016 12:28

Xəbər 349 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar