Məcburi köçkünlər dözülməz vəziyyətdən şikayətçidirlər

Yataqxanada dözülməz şəraitdə neçə illərdir ki, yaşayırıq. Əgər buna yaşamaq demək olarsa…. Dözülməz yaşayış şəraitimzlə bağlı  illərdir ki,  yuxarılara həm rəsmi, eyni zamanda şifahı olaraq müraciət edirik. Həmin qrumlar öz məktublar arxivində bunu dəqiqləşdirə bilərlər. Düşünürük ki, niyə dərdimizə əlac edən yoxdur..?  fikirləşirik bəlkə yuxarılara çox müraciət etməyimizlə aidiyyatı qrumlar bunu adi hal kimi qəbul edirlər..? Heç soruşan varmı ki, ey yataqxana sakinləri nədir sizin dərdiniz, nə istəyirsiniz…?

Söhbət…., Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2. 17 saylı 2 mərtəbəli yataqxanada, bizim ağır və dözülməz şəraitdə yaşamağımızdan gedir. Hansı ki, bura cəhənnəmi xatırladır. Döymədiyimiz qapı qalmıyıb. Dəfələrlə  kollektiv şəkildə rəsmi dövlət orqanlarına müraciət etmişik. Yataqxanada 30 ailə yaşayır, bunların 24 ailə, Cəbrayıl və Zəngilan rayonundan olan Qaçqın və məcburi köçkün ailələri, qalan 6 ailə isə yerli sakinlərdir. Yataqxananın qəzalı və dözülməz şəraitdə olması səbəbindən  həyatımızla mübarizə aparırıq.

Yataqxana 2 mərtəbəli olmaqla 1946-cı ildə tikilmişdir. Hal-hazırda qəzalı vəziyyətindədir. Dəhlizdə, mətbəxdə, divarlarda, döşəmədə çatlar qırıntılar əmələ gəlmişdir. Yağışlı, xüsusi ilə də  qış aylarında yataqxananın içərisinə su dolur.  Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi vardır. Kanalizasiya su xəttləri sıradan çıxmışdır, yataqxananın içərisində  antisanitariya  hökm sürür. Gəmiricilər və infeksiyon həşaratlar yataqxanada məskən salmışdır. Burada yaşayan insanlar arasında infeksiyon xəstəliklər yayılmışdır. Bunu Tibbi  müayinə nəticəsində də təsdiq edə bilərlər. Körpə uşaqlar, xəstə və yaşlı insanların səhətində ciddi problemlər yaranmışdır.

Çox təssüf ki, bu qədər dözülməz şəraiti olan yataqxana sakinləri ilə maraqlanan yoxdur. Yataqxana Bakı Şəhəri İcra Hakimiyyətinin, Mənzil Kommunal Təsərrüfat Departamentinin balasındadır, lakin Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir.

Fövqəlada Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə yataqxanaya baxış keçirmiş və qəzalı vəziyyətlə bağlı  müvafiq akt tərtib olunaraq, Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Bu qrumlar isə qaçqınların köçürülməsi tədbirlərini, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olduğunu bildirirlər. Qaçqınkom. isə neçə illərdir ki eyni cavabla…. deyir ki, balansımızda boş mənzil yoxdur.  Deməli 30 ailənin (100 nəfərdən çox)  həyatı təhlükədə olduğunu heç kimi narahat etmir. Lakin əmin olun ki, belə davam edərsə 17 saylı yataqxanada bədbəxt hadisənin baş verməsi qaçılmazdır.

Bu müraciət yataqxanada məskunlaşmış sakinlər adından Qətibə Mehtiyeva, Bəxtiyar Əliyev, Nurayə Novruzəliyeva, Arif Əliyev, Vaqif Fərzəliyev, Xalidə Hüseynova, Adil Əliyev, Nazim Məmmədov, Murad İsmayılov, Ceyhun Rüstəmov, Nuranə İsmayılova, Vilayət Vəliyev, İlqar Sadıxzadə, Naidə İskəndərova və Şakir Nəsirov imzalayıblar.

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

07.12.2016 17:43

Xəbər 353 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar