Məşhur azərbaycanlı psixoloq intihar edib

Psixoloq Dəyanət Rzayev intihar edib.

Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb.
Allah rəhmət eləsin.

26.01.2017 08:36

Xəbər 519 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar