“Maliyyə bazarlarına nəzarət” mövzusuna həsr edilmiş kitablar çap olunub

Azərbaycanlı hüquqşünas və sığorta eksperti, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank İşi” kafedrasının müəllimi Mustafa Abbasbəylinin “Maliyyə bazarlarına nəzarət və dünya təcrübəsi. Aktual meyllər” adlı elmi məqalələr toplusu, həmçinin iqtisad üzrə elmlər doktoru, professor Zahid Məmmədovun həmmüəllifliyi ilə “Bank sektorunda böhran, pul siyasəti və maliyyə bazarlarına nəzarət modeli: aktual meyllər və dünya təcrübəsi” adlı kitabı nəşr olunub.
Hər iki kitabda ölkədə və dünyada maliyyə bazarlarına bank nəzarəti və ümumilikdə maliyyə bazarlarının bütün subyektlərinə nəzarət məsələləri nəzərdən keçirilir və bu istiqamətdə yeni nəzarət modeli təklif olunur. Kitabda Mustafa Abbasbəylinin hələ 2011-ci ildə Sankt-Peterburqda dərc edilmiş “Мегарегулятор как система регулирования и надзора за финансовым рынком” (Maliyyə bazarlarına vahid nəzarət sistemi) məqaləsi və bu mövzuya həsr olunmuş 10-a yaxın digər məqalələri yer alır.
Sevindirici haldır ki, cənab Prezidentin fərmanı ilə 2016-cı ildə Azərbaycanda yaradılmış yeni qurum – Maliyyə Bazarlarına Nəzarət Palatası məhz bu kitabda, o cümlədən sözügedən məqalələrdə təklif olunan meqatənzimləyici funksiyasını yerinə yetirir.

29.09.2016 16:40

Xəbər 568 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar