“Neftin qiyməti 200 dollara qalxacaq” – Prezident

Virtualaz.org ABİ agentliyinin məlumatına istinadən xəbər verir ki, bu sözləri Ekvadorun prezidenti Rafael Korrea deyib. Cənubi Amerikada yerləşən bu ölkənin prezidenti yaxın gələcəkdə neftin kəskin bahalaşacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, ucuz qiymətlər üzündən neft sektoruna sərmayə qoyuluşunun dayandırılması, yüzlərlə neft quyusunun işsiz qalması ona gətirib çıxaracaq ki, yaxın gələcəkdə neftin 1 barrelinin qiyməti 200 dollara qədər yüksələcək.

20.02.2016 11:51

Xəbər 1099 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar