“Ölsəm…yaşat” adlı sənədli-film təqdim olunub…

Bakı şəhər 6 nömrəli məktəb-liseydə “Ölsəm… yaşat” adlı sənədli-filmin təqdimatı keçirilib. Film 4 aprel döyüşlərində şəhid olan Əbdülməcid Axudovun xatirəsinə həsr olunub. Sənədli-filmin ssenari müəllifi, telejurnalist Nigar İsmayılqızıdır.

Bu film şəhidin anası, Ceyran Axudovanın təşəbbüsü ilə çəkilib. Filmdə Alim Qasımovun, Rain Sultanovun “Qarabağın səsi” və başqa musiqilərindən istifadə olunub. Təqdimat gecəsində ilk olaraq Nigar İsmayılqızı çıxış edib. “Ölsəm… yaşat” adlı sənədli-filmin yaranma tarixi haqqında danışıb. Deyib ki, filmdə şəhid Əbdülməcidin uşaqlıq illəri, gənclik illəri, ömrünün son səhvələri öz əksini tapıb. Filmin 35 dəqiqədən ibarət olduğunu diqqətə çatdırıb. Sənədli film çox səmimi və maraqlı çəkilib. Bu filmdə Azərbaycanın çox məşhur ekranəsərlərindən olan “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə”, “Fəryad” filmlərindən parçalar nümayiş olundu.

Filmdə zəhməti olan hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət etsin… Ceyran xanıma səbr arzulayıram. Bunları xalq rəssamı, prezident təqaüdünə layiq görülən Arif Hüseynov deyib. Sonra millət vəkili Qənirə Paşayevə çıxış edib. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini, milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Millət vəkili belə filmlərin davamlı olmasını arzu edib.

“Ölsəm…yaşat” filmi təsirli çəkilib. Nə yaxşı ki, belə sənədli filmlər çəkilir. Şəhidlərimizin həyatı tarixə əbədi həkk olur. Əbdülməcid kimi oğulları olan vətən heç zaman basılmaz. Silahı bərk tut, Azərbaycan əsgəri… Yaşasın Azərbaycan xalqı… Bu fikirləri “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov səsləndirib.

Tədbirin sonunda şəhidin anası Ceyran Axundovaya söz verilib. O bildirib ki, oğlu şəhid olsa da, onunla fəxr edir. O mənim qürur yerimdir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim insanlıq borcumuzdur. Sonda Muğam Müsabiqəsində birinci yerə layiq görülən, muğam ifaçısı Mirələm Mirələmov və sevimli muğam ifaçımız Hüseyn Məlikov öz müsiqi nömrələrini təqdim ediblər.

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

29.11.2016 10:29

Xəbər 559 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar