Röyanın keçmiş əri üçüncü dəfə evləndi – FOTO

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov  yenidən ailə qurub.

Anamedia.az musavat.com-a istinadən bildirir ki, o sosial şəbəkədə anası və  həyat yoldaşı ilə fotosunu paylaşıb və “Anam və həyat yoldaşım” şərhini yazıb.

Qeyd edək ki, bu evlilik Anarın 3-c evliliyidir. İlk evliliyindən bir oğlu olan A. Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.

A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.

sekil

02.01.2017 10:39

Xəbər 1019 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar