Serj Sarkisyan “öldürüldü” – FOTO

Qərb ölkələrində Ermənistan prezidenti Serj Sarkisyana qarşı aparılan güclü siyasi kampaniya öz pik həddinə çatıb

Maraqlıdır ki, bu kampaniyada, necə deyərlər, ilk skripka rolunu öz vətənində korrupsiya və özbaşınalığın miqyasından hiddətlənmiş erməni diasporu oynayır.

Dünən Los Ancelesdə Ermənistan prezidenti Serj Sarkisyanın rəmzi cənazə mərasimi keçirilib. Ermənistan prezidentinin rəmzi tabutu ABŞ-da dəfn edilib. Bunu həm də erməni diasporunun Ermənistan siyasi rəhbərliyinə maliyyə qoyuluşlarının və onların gələcək gözləntilərinin dəfni hesab etmək olar.

Xatırladaq ki, erməni diasporu Ermənistan və Qarabağın separatçı rejiminə maliyyə yardımını dayandırmaq barədə çağırış edib.

Diaspora liderləri təsdiq edirlər ki, Qərb ölkələrindən gələn maliyyənin böyük hissəsi Serj Sarkisyan və onun yaxın ətrafı tərəfindən mənumsənilir. (virtualaz.org)
sarkisyan 2

07.08.2016 15:08

Xəbər 5676 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar