Sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolu

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində 28-29 yanvar 2017-ci il tarixlərində Mingəçevir və ŞirvanRegional QHT-lərin Resurs və Təlim Mərkəzlərində tematik seminarlar keçirilib.

Seminar yerli səviyyədə fəaliyyət göstərən QHT-lərin yerli sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində, yerli ictimai xidmətlərə əlçatanlığın və xidmətlərin keyfiyyətinin təmin olunmasında və yerli idarəetmənin həyata keçirilməsində iştirak imkanları kimi mövzuları əhatə edib. Seminarda həmçinin qeyd olunan istiqamətlər üzrə QHT-lərin fəaliyyət imkanlarının öyrənilməsi və əlverişli QHT mühiti sahəsi ilə bağlı tədqiqatların aparılması, layihə çərçivəsində dəstəklənəcək kiçik təşəbbüslərə dair əsas tələblər və s. kimi məsələlər ətrafında da müzakirələr aparılıb.

Seminarlara Şirvan, Sabirabad, Saatlı, Salyan, Hacıqabulda, Mingəçevir, Ağdam və Beyləqandafəaliyyət göstərən QHT təmsilçiləri qatılıb.

Layihə üzrə növbəti tematik seminarınQuba Regional QHT-lərin Resurs və Təlim Mərkəzində keçirilməsi nəzərdə tutulur.

02.02.2017 22:18

Xəbər 93 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar