“Vicdan Haqqı”nın aktrisası əməliyyat olundu

Azərbayanın tanımış aktrisasında xərçəng xəstəliyi aşkarlanıb.
Anamedia.az criminal.az-a istinadən xəbər verir ki, tamaşaçıların “Vicdan haqqı” serialından yaxşı tanıdığı aktrisa Kəmalə Müzəffər artıq əməliyyat olunub.
Xeyli müddət əvvəl aktrisanın sifətinin sol tərəfində qeyri-müəyyən batıq meydana gəlibmiş. Bundan narahat olan K.Müzəffər Bakıya gəlmiş türkiyəli həkimlərə müraciət edib. Həkimlər tərəfindən həmin yer çapıq adı ilə iki dəfə əməliyyat olunub. Lakin sifətindəki problem yenidən yaranıb.
Bir neçə gün əvvəl aktrisa yenidən həkimə müraciət edib. Həkim müayinəsi zamanı onun sifətindəki batıq heç də çapıq deyilmiş. Aktrisanın sifətində bazalioma (ən çox yayılan dəri xərçəngi-red) aşkarlanıb.
Əməliyyat yolu ilə həmin törəmə götürülüb və aktrisanı xeyli müddətdir narahat edən problemdən qurtulub.

24.11.2016 14:41

Xəbər 1309 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar