Xalq artistinin oğlunu maşın vurub öldürdü

Rəşad Zöhrabov AzTV-də rejissor vəzifəsində çalışırdı.

Bu gün səhər saatlarında Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas Ramiz Zöhrabovun oğlu Rəşad Zöhrabovu avtomobil vurub. Avtosfer.az-ın məlumatına görə Rəşad Zöhrabovu 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriblər. Lakin aldığı bədən xəsarətindən dünyasını dəyişib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin «Xəbərlər» proqramında rejissor vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

22.10.2016 00:03

Xəbər 2724 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar