Yeni ictimai birlik yaradılır

Oktyabrın 23-də 13-cü kitabının təqdimatını keçirən “Kitabsevərlər” qrupu yeni formatda fəaliyyətini davam etdirəcəyini elan edib.  İdarəçilər qrupun bundan sonra “Kitabsevərlər” İctimai Birliyi (KİB) adlanacağını, rəsmi qeydiyyat üçün müvafiq qurumlara müraciət edəcəklərini bildiriblər. KİB-dən həmçinin bildirilib ki, qeydiyyat üçün hüquqi prosedurlara artıq başlanıb. Əlavə olunub ki, ictimai birlik formatının həvəskar təşəbbüslə gerçəkləşdirilməsi mümkün olmayan layihələri reallaşdırmaq üçün əlverişli olacağına ümidvardırlar. Bundan başqa “Kitabsevərlər” adlı ədəbi jurnalın da təsisi planlar çərçivəsindədir. Məlumat üçün bildirək ki, təqribən 7 il əvvəl yaradılan “Kitabsevərlər” qrupu bir müddət “Feysbuk” sosial şəbəkəsində virtual fəaliyyət göstərsə də 3 ildir ki, əməli fəaliyyətə keçib. Öncə gənc yazarların hekayələrindən ibarət “İz” kitabıyla özünü təsdiq edən qurum daha sonra uşaq ədəbiyyatı nümunələri, antologiya və tərcümələrdən ibarət 12 kitab ərsəyə gətirib. Bundan əlavə, qrup üzvləri mütəmadi olaraq müxtəlif bədii əsərlərin müzakirəsini təşkil edir. Qeyd edək ki, bütün bunlar hər hansı maddi yardım olmadan edilib.

 

525.az

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows

26.10.2016 09:47

Xəbər 348 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar